hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Salyanda “MilliÖn”dən oğurluq edən şəxslər saxlanılıb

Salyanda “MilliÖn”dən oğurluq edən şəxslər saxlanılıb

 Salyanda “MilliÖn” ödəmə terminalından oğurluq edən şəxsləri saxlanılıb.

"Report"un Aran bürosu xəbər verir ki, Salyan Rayon Poliş şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarabağlı kənd sakini, Məmmədov Elmir Rəcəbəli oğlu və Qırxçıraq kənd sakini Vəliyev Əflatun Xəlil oğlu şübhəli şəxs qismində saxlanılıb. İlkin istintaq zamanı məlum olub ki, Elmir Məmmədov tanışı Əflatun Vəliyevlə qabaqcadan əlbir olaraq bu il aprelin 1-də rayonun Kərimbəyli kəndindəki mağazaların birində quraşdırılmış MilliÖn ödəmə terminalını sındıraraq pul kassasını oğurlamaq istəsələr də cəhdləri baş tutmayıb. Onların ətrafında aparılan araşdırmalar nəticəsində Elmir Məmmədovun isə daha bir törətdiyi cinayətin üstü açılıb. Məlum olub ki, o, bundan əvvəl-yəni fevralın 13-də həmin mağazadakı MilliÖn ödəmə terminalını sındırmaq yolu ilə kassanı oğurlayıb, içindəki 3894 manat pulu götürürub. E. Məmmədov izi itirmək məqsədi ilə kassanı yaxınlıqdakı Axmaz gölə atıb. Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər. Axmaz gölə atılan kassa isə maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 628