hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Şam yeməyinin sağlamlıq üçün təhlükəli olduğu açıqlanıb

Şam yeməyinin sağlamlıq üçün təhlükəli olduğu açıqlanıb

ABŞ-ın Nyu-York şəhərindəki Kolumbiya Universitetinin alimləri axşam yeməyinin insan səhhəti üçün təhlükəli olduğunu bildiriblər.

Milli.Az  bildirir ki, tədqiqatalara əsasən, 18-dən sonra qəbul edilən yemək mədə-bağırsaq və ürək problemlərinə səbəb ola bilər. 

Araşdırmada 112 qadın iştirak edib. Onların hamısı 1 il ərzində gündəliklərində qəbul etdikləri qidalar barədə qeydlər aparıblar.

Məlum olub ki, saat 18.00-dan sonra yemək yeyən qadınların qanında şəkərin miqdarı artır, ürək problemləri, çəkinin artması və yüksək təzyiq problemi yaranır.

Hesab edilir ki, orqanizm axşam qəbul edilən kaloriləri həzm edə bilmir.

Həkimlər gündəlik gəzmək və idman növləri ilə məşğul olmağı tövsiyə edirlər. Digər tərəfdən axşam qəlyanaltılarından imtina vacibdir. 

Cebhe.info


Oxunma sayı: 540