hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

"Şamaxı yolu" adlanan ərazidə DAVA: İki qardaş bıçaqlandı

"Şamaxı yolu" adlanan ərazidə DAVA: İki qardaş bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Cebhe.info xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun "Şamaxı yolu" adlanan ərazisində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Tahirov Cavid Təşkilat oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Qeyd edək ki, hadisə zamanı onun qardaşı Tahirov Etibar Təşkilat oğlu da bıçaq xəsarəti alıb. E.Tahirov da təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub . (Report)

Cebhe.info


Oxunma sayı: 386