hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Şamaxıda 7 evdən oğurluq edən şəxsdən xəbər var

Şamaxıda 7 evdən oğurluq edən şəxsdən xəbər var

Şamaxı rayonunda 7 evdən oğurluq etməkdə təqsirləndirilən Ruslan Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Unikal.org xəbər verir ki, Şamaxı rayon Məhkəməsinə göndərilən iş hakim Etibar Hümbətovun icraatına verilib.

Qeyd edək ki, bu ilin mart ayında Şamaxı rayon Polis Şöbəsinə Çarhan kəndindəki evlərin birindən ümumi dəyəri 3200 manat olan inşaat materialları, müxtəlif məişət əşyaları və təmir-tikinti alətlərinin oğurlanması barədə müraciət daxil olub.

DİN-dən verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, zərərçəkmişin həmkəndlisi Ruslan Mahmudov saxlanılıb. Araşdırma zamanı həmin şəxsin yanvar-fevral ayları ərzində Çarhan kəndi ərazisində daha 6 evdən oğurluq etdiyi məlum olub.

R.Mahmudovun ev sahiblərinin evdə olmamasından istifadə edərək həmin ünvanlara daxil olduğu, ümumi dəyəri 5000 manata yaxın olan müxtəlif məişət əşyaları və elektrik kabelini oğurladığı müəyyən edilib. O, oğurladığı əşyaların bir qismini satıb, digərləri isə polis əməkdaşları tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Cebhe.info


Oxunma sayı: 298