hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Sami Yusufa "Pəncü şeş"in müəllifi Afətdən MESAJ: “Nəsimidən soruşun...” - QALMAQAL - VİDEOLAR

Sami Yusufa "Pəncü şeş"in müəllifi Afətdən MESAJ: “Nəsimidən soruşun...” - QALMAQAL - VİDEOLAR

Azərbaycan əsilli müğənni Sami Yusuf azərbaycanlı şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya hazırlayıb. 

Bir gün ərzində yayınlanan bu kompozisiya izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Məlumat üçün bildirək ki, kompozisiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. Sami Yusuf kompozisiyanı Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində canlı ifa edib. 

Müğənnini azərbaycanlı muğam ifaçısı Təyyar Bayramov və aşıq Samirə müşayiət edib. 

Maraqlıdır, hələ də “Pəncü şeş” ifası ilə gündəmdə qalan və ünvanına tənqidlər azalmayan müğənni Afət Fərmanqızı Nəsiminin “Sığmazam” qəzəlini Sami Yusufun ifasında necə qarşılayıb? 

Müğənni Afət Fərmanqızının köməkçisi olduğunu deyən Rufa Qəmbərli Cebhe.info-ya açıqlamasında “Bu, Afətin qəzəli deyil ki... Nəsimiyə zəng edin və ondan soruşun. O qəzələ Zeynəb Xanlarova, Ramal İsrafilov, türklər də mahnı oxuyub. Deməli, o qəzəl gələndə Afət xanımın adı çəkilir. Bu, bizim uğurumuzdur. Amma o qəzəlin ixtiyarı bizdə deyil ki, ona hər hansı bir münasibət bildirək. Kimin ifasında yaxşı alındığını xalq deyə bilər. Biz desək, bir az təvəzökarlıqdan uzaq olar. Bizim həqiqi "Youtube" kanalında 5 aya 11 milyon göstəricimiz var. İndi 5 ay gözləyək, görək əgər 11 milyonu keçirsə, təbii ki, Sami Yusufun uğuru olacaq. Yox, keçməsə, Afət xanımın uğuru olacaq. 5 ay gözləmələyik. Məsələn, Ramalın ifasında mahnı izlənildimi? “Pəncü şeş” bir günə hələ də 200 min baxılır. Deməli, biz Sami Yusufu geridə qoyuruq”, - deyib. 

O bildirib ki, Afət Fərmanqızının ciddi düşmənləri var:

“Özlərinə sayt açıblar. Hətta öz yerliləridir, tovuzludurlar, amma ad çəkmirik, onlar canfəşanlıqla mahnını yaydırırlar ki, rekord təzələnsin. Afət xanım 1 manat xərcləmədən 11 milyon izləyicini 5 aya yığdı. Hər gün də Afət xanımı həmin qəzəllə bağlı el şənliyinə çağırırlar. Erməni çağırmır ki, azərbaycanlı çağırır da... Biz hər gün toydayıq. Növbəti sezon başlasın, görək xalq nə deyəcək. Sami Yusufun oxuduğu səslənsin, yoxsa Afətin ifasındakı? Sonra sizlər də soruşmadan biləcəksiz ki, kimin uğurudur”. 

Alçina Amilqızı 

Cebhe.info


Oxunma sayı: 12717