hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Samir Əliyev: “Neft Fondunun üzunmüddətli aktivləri azalıb”

Samir Əliyev: “Neft Fondunun üzunmüddətli aktivləri azalıb”

“Dövlət Neft Fondunun uzunmüddətli aktivlərinin ümumi aktivlərdə payı son 6 ildən ən aşağı həddə - 4,97 faizə düşüb”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

O bildirib ki, bu, Fondun bir il ərzində aktivlərinin 95 faizini likvid vəsaitə çevirə bilər deməkdir:

“Son dəfə ən aşağı paya (3,3%) 2012-ci ildə malik olan uzunmüddətli aktivlər hətta 2016-cı ildə 15,2 faizə kimi yüksəlib. Sonrakı dövrlərdə azalmağa doğru gedib. Ötən il qısamüddətki aktivlərin payının artması qızıl külçələrin və qiymətli kağızların artımı ilə bağlı olub”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 6216