hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Sandu Dodonu parlamentdə də məğlub etmək istəyir

Sandu Dodonu parlamentdə də məğlub etmək istəyir

Moldovanın yeni Prezidenti Maya Sandu antikorrupsiya islahatlarının aparılması üçün ən qısa müddətdə erkən parlament seçkilərinin keçirilməsini tələb edib.

Cebhe.info-nun məlumatına görə, dövlət başçısı 2021-ci ilin birinci yarısında səsəvermənin keçirilməsini mümkün hesab edib.

Mütəxəssislər hesab edir ki, bu ssenarinin həyata keçirilməsi eks-prezident İqor Dodonun Sosialistlər Partiyasının süqutuna və parlamentdə sol əleyhinə koalisiyanın yaranmasına səbəb olacaq.

Maya Sandu ölkənin ən qısa müddətdə növbədənkənar parlament seçkilərini təşkil etməyn vacibliyini bildirib.

Onun sözlərinə görə, parlament fraksiyalarının bu prosesi təxirə salması üçün heç bir bəhanəsi yoxdur.

Qeyd edək ki, hazırda Moldova parlamentində səs çoxluğu 37 deputat yeri ilə sosialistlərə məxsusdur. Sandunun liderlik etdiyi Həmrəylik və Fəaliyyət Partiyası isə 15 mandatla ikinci yeri tutur.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1585

Bizim Telegram səhifəmizi izləyin