hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçılarının Sammiti işə başlayıb

Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçılarının Sammiti işə başlayıb

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçılarının Sammiti öz işinə başlayıb.

Tədbirdə təşkilatın üzvü olan dövlətlərin rəhbərləri - Qırğızıstan, Qazaxıstan, Rusiya, Özbəkistan, Tacikistan prezidentləri, Çin Xalq Respublikasının Sədri, Pakistan və Hindistanın baş nazirləri, həmçinin müşahidəçi ölkələrin - Belarus, Əfqanıstan, İran və Monqolustanın prezidentləri iştirak edirlər.

Sammitdə bu ölkələr arasında bütün sahələrdə əlaqələrin daha da inkişafı, regionda və dünyada sülhün qorunması ilə bağlı geniş müzakirələr aparılacağı gözlənilir.

Yekunda Bişkek Bəyannaməsinin və 20-dək sənədin imzalanması nəzərdə tutulur.

Cebhe.info


Oxunma sayı: 342