hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Sarkisyan həqiqəti danışacaq? - Ermənilər aprel döyüşündə niyə məğlub oldu?

Sarkisyan həqiqəti danışacaq? - Ermənilər aprel döyüşündə niyə məğlub oldu?

Ermənistanın sabiq prezidenti Serj Sarksiyan ictimaiyyəti düşündürən suallara cavab verəcək. Bu suallar əsasən aprel döyüşlərində erməni tərəfinin məğlubiyyəti ilə bağlı olacaq.

Cebhe.info xəbər verir ki, bu barədə sabiq prezidentin ofisi "Facebook"da yayımlanan açıqlamada bildirib.

"Düz danışaq: Serj Sarkisyan aprel müharibəsi haqqında" videoçarxı Sarkisyanın 2018-ci ildən bəri ilk müraciəti olacaq.

Bundan əvvəl Sarkisyan dəfələrlə ona bu mövzuda ünvanlanan ittihamlara cavab verəcəyini bəyan edib.

Aprelin1 6-da sabiq prezident jurnalistlərə bu mövzuda mətbuat konfransı vəd etsə də, ölkədə koronavirusa görə tətbiq edilən fövqəladə hal rejimi buna imkan verməyib. Buna görə də sabiq prezident mətbuat qarşısına çıxmaqdansa, qısa videoçarxlar təqdim etməyi qərara alıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3917