Sarkisyan xəstəxanadan buraxıldı

Ermənistan prezidenti Armen Sarkisyan xəstəxanadan buraxılıb.
Cebhe.info xəbər verir ki, bunu onun köməkçisi Asmik Petrosyan bildirib.
Onun sözlərinə görə, Armen Sarkisyan hələ tam sağalmayıb: “O özünü yaxşı hiss edir, evdə həkimlərin müşayiəti altında müalicə olunacaq. Həkim lazımi icazəni verdikdən sonra Armen Sarkisyan Ermənistana qayıdacaq”.
Xatırladaq ki, yanvarın 5-də Ermənistan prezidenti Armen Sarkisyana COVID-19 diaqnozu qoyulub. Bundan başqa, onun həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanıb.
Cebhe.info
Oxunma sayı: 1255