hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Sarkisyan xəstəxanalıq oldu: Erməni sosial şəbəkələri "bayram edir"

Sarkisyan xəstəxanalıq oldu: Erməni sosial şəbəkələri "bayram edir"

Xəbər verildiyi kimi, Ermənistan Prezidenti Armen Sarkisyanın vəziyyəti ağırlaşdığına görə xəstəxanaya yerləşdirilib.

Cebhe.info erməni mətbuatına istinadən bildirir ki, bir neçə gün əvvəl koronavirusa yoluxduğu akarlanan prezident evdə müalicə alırdı. Ancaq ağırlaşma özünü göstərib və Armen Sarkisyan xəstəxanaya yerləşdirilib.

“Prezidentdə bu xəstəliyə xas olan əlamətlər var, yüksək temperatur və ikitərəfli pnevmoniya aşkar edilib",- deyə mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Sarkisyan Londonda olarkən onda virus aşkarlanıb. Prezident bu ölkəyə ailəsi ilə bayram keçirmək üçün gedib. Bu isə Ermənistanda etiraza səbəb olub.

Qarabağ müharibəsindəki məğlubiyyətə və çoxsaylı itkilərə görə ölkədə bayram mərasimləri təxirə salındığı bir zamanda prezidentin xarici səfəri narazılıqla qarşılanıb. İndi isə Sarkisyanın vəziyyətinin ağırlaşması barədə xəbər sosial şəbəkələrin erməni seqmentində əsas müzakirə edilən mövzulardandır.

Belə ki, ölkənin indiki ağır və məğlub durumunda, xüsusilə minlərlə şəxsin öldüyü və çox sayda itkin hərbçinin olduğu bir zamanda Sarksiyanın Londona bayram səfəri Paşinyandan fərqli olaraq erməni cəmiyyətində iniyə qədər ona olan loyal münasibəti də etirazla əvəzləyib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1706

Bizim Telegram səhifəmizi izləyin