hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Satirik şair Baba Pünhanın doğum günüdür

Satirik şair Baba Pünhanın doğum günüdür

Bu gün mərhum satirik şair Baba Pünhanın doğum günüdür.

Cebhe.info-nun məlumat verir ki, Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində anadan olub. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə başlayıb. 1963-cü ildə 8-ci sinfi bitirib Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirdikdən sonra Bakı Metropolitenində mexanik işləməyə başlayıb.  1972-ci ildə ailə qurub. Bir oğlu, bir qızı dünyaya gəlib.

Metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. İlk qəzəlini isə 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb yaratmışdır.

Baba Pünhanın 2000-ci ilin noyabr ayında "Acı həqiqət", sentyabrda "Yalan çeynəyə-çeynəyə", 2002-ci ilin avqust ayında "Mən nə dedim ki", 2004-cü ildə "Kim nə götürdü" adlı kitabları işıq üzü görüb.

2004-cü il aprel ayının 17-si Baba Pünhan vəfat edib. Qəbri Kürdəxanı qəsəbəsindədir.

Əhməd 
Cebhe.info

 


Oxunma sayı: 617