hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Saxlanıldığı barədə xəbər yayılan Qurban Məmmədov tapıldı: Oğlu atasının yerini dedi

Saxlanıldığı barədə xəbər yayılan Qurban Məmmədov tapıldı: Oğlu atasının yerini dedi

Türkiyədə saxlanıldığı bildirilən Qurban Məmmədov İngiltərəyə yola salınıb.

Cebhe.info xəbər verir ki, bu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb.

O bildirib ki, atası artıq İngiltərədədir və evinə gedir: “Əlavə narahatlığa ehtiyac yoxdur, Türkiyə ilə bağlı heç bir problem yoxdur”.

Məlumat üçün bildirək ki, atasının Türkiyədə saxlandığı xəbərini də Qoşqar Məmmədov bir neçə saat əvvəl sosial şəbəkə hesabında yazmışdı. Təfərrüat barədə məlumat verilmirdi.

Azərbaycan Q.Məmmədovu "İnpterpol" vasitəsilə beynəlxalq axtarışa verib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 2388