t Seçiciyə MSK tərəfindən vəsiqələrin verilməsinə başlanılır
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Seçiciyə MSK tərəfindən vəsiqələrin verilməsinə başlanılır

Seçiciyə MSK tərəfindən vəsiqələrin verilməsinə başlanılır

Seçiciyə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi bu gündən başlayır.

Cebhe.info-nun məlumatına görə, "Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən, vəsiqələr səsvermə gününə 24-3 gün qalanadək, yəni 2020-ci il yanvarın 16-dan fevralın 6-dək verilməlidir.

Qeyd edək ki, dairə seçki komissiyaları tərəfindən seçiciyə müvafiq qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi yanvarın 15-də başa çatır, 16-dan isə məntəqə seçki komissiyaları tərəfindən verilməsi başlanılır.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.

Cebhe.info


Oxunma sayı: 529