hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

"Səbail" avrokubokda debüt edib

"Səbail" avrokubokda debüt edib

"Səbail" futbol komandası avrokubokda debüt edib.

"Report" xəbər verir ki, Azərbaycan Premyer Liqasının bürünc medalçısı Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Rumıniyanın "Universitatya" kollektivini qəbul edib. Matç qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 13-cü dəqiqədə Krayova təmsilçisinin futbolçusu Aleksandru Mateyu açıb. Bundan 20 dəqiqə sonra Ağabala Ramazanov Azərbaycan futbolundakı ənənəvi künc zərbəsini qolla tamamlayıb - 1:1.

Lakin qonaqlar 51-ci və 67-ci dəqiqələrdə daha 2 qol vurublar. Müvafiq olaraq Nikuşor Banku və Mixay Roman fərqlənib. Görüşün 82-ci dəqiqəsində Ramazanov hesabı 2:3 edib. Bu oyunda vurulan son qol olub.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.

Cebhe.info


Oxunma sayı: 507