hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9389
  • NEFT - 43.47
  • clouds-weather

Seçki Trampı “yumşaldır”: İslahat, yoxsa blef?

Seçki Trampı “yumşaldır”: İslahat, yoxsa blef?

ABŞ Prezidenti Donald Tramp polis əməkdaşları tərəfindən hüquqazidd əməllərin aşkar edilməsi və departamentlərin bu istiqamətdə fəaliyyətinin stimullaşdırılması tədbirlərinin həyata keçirilməsini nəzərdə tutan fərman imzalayıb.

Tramp bu fərmanın imzalanması ilə bağlı Ağ Evdə bəyanatla çıxış edərkən polisi tərifləyib və deyib ki, polis təşəkkürə layiqdir. Bununla bərabər, o qeyd edib ki, qanun və qayda bütün ölkədə bərpa olunmalıdır və onun administrasiyası bunun üçün nə mümkündürsə edəcək.

Corc Floydun Minneapolisdə polislər tərəfindən saxlanması zamanı ölümündən sonra artıq iki həftə idi ki, həm demokratlar, həm də respublikaçılar hüquq mühafizə orqanlarının fəaliyyətlərində islahatlar keçirilməsini tələb edirdilər. Prezidentin sözlərinə görə, o, polis ilə münaqişə zamanı həlak olmuş bir neçə insanın ailələri ilə görüşüb. Ağ Evin rəhbəri həlak olanların ailələrinə müraciətlə deyib ki, bütün millət onların kədərinə şərikdir. Tramp administrasiyasının fərmanında polisin maliyyələşdirilməsinin azaldılması nəzərdə tutulmur.

Bu cür çağırışlar ümummilli etiraz hərəkatı tərəfindən dəstəklənir. Prezident bəyan edib ki, polis zabitinin həyatı təhlükədə olduğu hallar istisna olunmaqla polislər tərəfindən boğma fəndlərinin tətbiq edilməsi qadağan olunacaq. Corc Floydun öldürülməsindən sonra etirazçıları “cinayətkar, quldur” adlandıran və polis zorakılığına bəraət qazandıran ABŞ prezidentinin indi islahatlar barədə fərman imzalaması onun mövqeyindən geri çəkilməsi kimi dəyərləndirilir. Ekspertlərin fikrincə, hakimiyyətinin ilk günlərindən irqçi mövqeyi və radikal baxışları ilə seçilən D.Trampın son fərmanı daha çox siyasi maraqlara hesablanmış gedişlərdir.

Politoloq Natiq Mirinin sözlərinə görə, Trampın imzaladığı fərman polis sistemində islahata nail olmaq məqsədi daşımır:

“İslahatlar hər hansı məsələnin təməldən dəyişdirilməsi və islah olunması anlamına gəlir. Trampın fərmanı isə vəziyyəti fundamental surətdə dəyişmir. Çünki ABŞ-ın bünövrəsində iqrçilik dayanır. Bir zamanlar anqlosakslar yerli aborigen əhalini kütləvi şəkildə yox edərək onların bütün torpaqlarını əllərindən aldılar. Bu günə qədər də irqlər və etnoslar arasında böyük ayrı-seçkilik mövcuddur. Ona görə də ABŞ-da irqlərə yasnaşma tərzi dəyişmədikcə, polis haqqında qanuna hansısa əlavələr etməklə, yaxud məhdudiyyətlər yaratmaqla bu rpoblemi təməldən həll etmək mümkün deyil. Prezident Trampın fərmanı islahat kimi təqdim olunsa da, islahatdan söhbət gedə bilməz. Çünki bu ABŞ-da irqçilik problemini həll etməyəcək. Eyni zamanda, ABŞ-da irqi ayrı-seçkiliyin önündə gələn siyasətçilərdən və biznesmenlərdən biri də prezident Trampın özüdür. Bu, Trampın həyat tərzidir, ideoloji baxışlarıdır. Belə olduğu halda, Trampın addımları səmimi təsir bağışlamır.

Məlumdur ki, noyabr ayında ABŞ-da prezident seçkiləri keçiriləcək. Seçkilər öncəsi ictimai rəy Trampın xeyrinə deyil. Koronavirusla mübarizədə böyük səriştəsizlik nümayiş etdirən, on minlərlə insanın ölümünə səbəb olan bacarıqsız idarəetmədən tutmuş irqçiliyə qarşı üsyanlara qədər siyasi səhnədə bir çox boşluqlar var ki, bu da siyasi səhnədə Donald Trampın əleyhinə işləyəcək amillər sayılır. Hazırda xarici siyasətdə uğur tablosu yazmaq üçün bəzi gedişlər edilir. Serbiya ilə Kosovo arasında problemi həll etmək üçün həmin ölkələrin rəhbərləri ABŞ-a dəvət olunub. Bu cür addımların səbəbi Trampın daxili siyasətdə uğur qazanmaq imkanının olmamasıdır. İqtisadi, hüquqi və siyasi yöndə problemlər Trampı nüfuzdan salan amilə çevrilib. Tramp kiçik uğurlara imza atmaqla bunu seçki kampaniyasında təbliğat vasitəsinə çevirməyə çalışır. Yəni Trampın polisdə islahat görüntüsü yaradan fərmanı seçkilərə hesablanmış gediş olmaqla yanaşı, həm də afroamerikalı elektoratın üsyanının üzərinə "su səpmək" məqsədi daşıyır”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 33166