hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Sədaqətin beləsi: İt ölmüş sahibini bir həftə xəstəxanada gözləyib

Sədaqətin beləsi: İt ölmüş sahibini bir həftə xəstəxanada gözləyib

Sahibinə hədsiz sədaqətli olan it bir həftə boyunca onun xəstəxana pilləkanlarında gözləyib.

Cebhe.info xəbər verir ki, hadisə Argentinanın San-Salvador şəhərində qeydə alınıb. 6 yaşlı it bir həftə ərzində xəstəxana pilləkanlarında oturaraq sahibini gözləyib. Onun sahibinin ölümündən xəbəri olmayıb.

Toto adlı itin sahibi xəstəxanaya kritik vəziyyətdə aparılıb. O, vidalaşmaq üçün itinin palataya gətirilməsini istəyib. İtiylə vidalaşdıqdan sonra ölüb, ancaq it bir həftə boyunca xəstəxananı tərk etməyib. Görünür, o, sahibinin ayağa qalxaraq onu evə aparacağını gözləyib.

İndi yerli sakinlər itə yeni sahib axtarır. Ancaq bunun üçün müəyyən şərt də var - itin yeni sahiblərinin onu saxlamaq üçün qapalı məkanı olmalıdır. Çünki Heyvanların Müdafiəsi Dərnəyinin rəhbəri Fatimə Rodriqes hesab edir ki, it yeni sahibinin yanından qaçaraq xəstəxanaya gedə bilər.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1653