hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Sedat Peker Mübariz Mənsimovdan danışdı: "Həbs etdirib milyardlıq mülkünü əlindən aldınız"

Sedat Peker Mübariz Mənsimovdan danışdı: "Həbs etdirib milyardlıq mülkünü əlindən aldınız"

Türkiyəli mafia başçısı Sedat Peker azərbaycanlı iş adamı Mübariz Mənsimov barədə açıqlama verib.

Yeniavaz.com xəbər verir ki, Peker "youtube" vasitəsilə yayımladığı görüntülərdə Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağarı hədəf alıb. O bildirib ki, Peker ailəsi və yaxınlarına qarşı keçirilən əməliyyatı Mehmet Ağar təşkil edib.

"Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovdan da danışan Peker onun haqsız həbs edildiyini dilə gətirib:

“Mehmet Ağar! Sən heç bir şey deyilkən Mübariz sənə kömək etdi, öz yanında iş verdi, pul verdi. Sən isə gedib bəzi şəxslərlə əlaqə qurub dünyanın ən dəyərli adamı Mənsimovu həbs etdirdin. Sonra Bodrumdakı milyard dollarlıq mülkünü ələ keçirdin. Mübarizin cinayətkar olduğuna dəli belə inanmaz”.

Cebhe.info


Oxunma sayı: 914