hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Sədərək" və "Binə" gizli fəaliyyət göstərir – DİN faktı təsdiqlədi + ÖZƏL

"Sədərək" və "Binə" gizli fəaliyyət göstərir – DİN faktı təsdiqlədi + ÖZƏL

“Sədərək” və “Binə” ticarət mərkəzlərinin gizli fəaliyyət göstərməsi ilə bağlı görüntülər ortaya çıxıb.

Görüntülərdən də aydın olur ki, adları çəkilən ticarət mərkəzlərində onlayn adı altında alış-veriş həyata keçirilir. Belə ki, müştərilər mühafizəçilərin onlardan 5 manat almaq şərtilə ticarət mərkəzlərinə buraxılmasından gileylənirlər. Bir sözlə girişdə 5 manat ödəməklə rahat şəkildə satıcılarla müştərilər arasında qızğın alış-veriş gedir.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkədə yayılmış koronavirus infeksiyasının qarşısını almaq məqsədi ilə bir sıra qadağalar tətbiq edilib. Qadağalardan biri də iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılmasıdır.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov sözügedən ticarət mərkəzlərinin fəaliyyət göstərdiyini təsdiqləyib.

Bildirib ki, hər iki ticarət mərkəzi onlayn satış həyata keçirir:

“Tərəfimizdən araşdırma aparılıb. Fəaliyyəti onlayn təşkil edənlərdir. Həmin ticarət mərkəzlərindəki mağazalara onlayn alışa və satışa icazə verilir. Amma satıcılar tərəfindən qaydaların pozulması tərəfimizdən istisna olunmadığına görə Daxili İşlər Nazirliyi bu gündən nəzarəti daha gücləndirib. Karantin qaydalarının pozulması halları aşkar olunarsa, barələrində tədbir görüləcək”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 4797