hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

"Sədərək"də baş verən yanğında 16 nəfər xəsarət alıb – RƏSMİ

"Sədərək"də baş verən yanğında 16 nəfər xəsarət alıb – RƏSMİ

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı müraciət edənlərin ümumi sayı 16 nəfər olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Cebhe.info-ya verilən məlumata görə, onların 6-na hadisə yerində yardım edilib, 10 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb:

"10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülməsində iştirak edən Fövqəladə Halar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar".

Alçina Amilqızı
Cebhe.info

 


Oxunma sayı: 2795