hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Sədr: "Azərbaycanda mədəni irsi qorumaq və yaşatmaq dövlət siyasətidir"

Sədr: "Azərbaycanda mədəni irsi qorumaq və yaşatmaq dövlət siyasətidir"

"Azərbaycan kiçik dövlət olsa da, zəngin mədəni irsə malikdir. Bunu qorumaq və yaşatmaq dövlət siyasətidir. 100-lərlə abidə yaşı minilliklərlə ölçülən müxtəlif dinləri, mədəniyyətləri təmsil edir".

Cebhe.info "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bütün abidələrə dövlət səviyyəsində diqqət göstərilir: "Onlar bərpa və konservasiya edilir. Tarixi abidələrin qorunmasının ən yaxşı yolu onu istifadə etməkdir. Ölkənin hər bir bölgəsində olan abidələri hər kəs görə bilir. Əfsuslar olsun ki, Ermənistan işğalçılıq siyasəti ilə abidələrin çoxunu dağıdıb. Bu siyasətin nəticələri ilə üz-üzəyik. Amma biz heç zaman işğalla barışmamışdıq. Hər zaman yeganə amalla yaşamışıq ki, böyük qayıdışa nail olaq. Qələbə nəticəsində bu amalımıza çatmışıq. Artıq böyük işlər görülüb. Amma bunlar indidən sonra görüləcək işlərin balaca hissəsidir".

Cebhe.info


Oxunma sayı: 980