hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Səfər Mehdiyev ÜGT-nin Baş katibinin müavini ilə görüşüb

Səfər Mehdiyev ÜGT-nin Baş katibinin müavini ilə görüşüb

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa regionu üzrə sədr müavini Səfər Mehdiyev ilə ÜGT Baş katibinin müavini Rikardo Trevino Çapa arasında videokonfrans formatında görüş keçirilib.

Bu barədə Komitədən bildirilib.

Məlumata görə, Komitə sədrinin ÜGT-nin Avropa regionu üzrə sədr müavini kimi iştirak etdiyi görüş təşkilatın gələcək fəaliyyətinə həsr olunan və cari ilin 15-16 fevral tarixlərində keçiriləcək virtual regional seminarın təşkilati məsələlərinə həsr olunub. Seminar ÜGT strategiyasının müəyyənləşdirilməsində strateji proqnozlaşdırma metodologiyasının istifadəsi mövzusunda keçiriləcək.

Tərəflər təşkilati məsələlərlə bağlı fikirlərini və təkliflərini səsləndiriblər. O da bildirilib ki, ÜGT-nin bütün regionları üzrə keçiriləcək bu seminarlar əməkdaşlığın daha da gücləndirilməsinə, hədəflərin müəyyən edilməsi və əlaqələrin möhkəmləndirilməsi məsələlərinin müzakirəsi üçün münbit şərait yaradacaq, gömrük orqanlarının strateji inkişafında önəmli rol oynayacaq.

Cebhe.info


Oxunma sayı: 859

Bizim Telegram səhifəmizi izləyin