t Səfər Mehdiyev Valeh Ələsgərovla görüşdü
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Səfər Mehdiyev Valeh Ələsgərovla görüşdü

Səfər Mehdiyev Valeh Ələsgərovla görüşdü

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovla görüşüb.

Geniş tərkibdə keçirilən görüşdə DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti strukturlarının rəhbərləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, "Garland İnternational" məsləhətçi şirkətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Səfər Mehdiyev öncə gömrük sistemində həyata keçirilən islahatlardan bəhs edib. Səfər Mehdiyev onu da qeyd edib ki, coğrafi baxımdan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmiz beynəlxalq ticarətdəki rolunu daha da artırır və bu baxımdan Azərbaycan xüsusilə region dövlətləri ilə bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də səmərəli və işgüzar münasibətlərin qurulmasına önəm verir.

Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərov son illər aparılan davamlı islahatların ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə, eləcə də gömrük xidmətinin dinamik inkişafına təkan verdiyini bildirib.
Diqqətə çatdırılıb ki, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olub və bu dəhlizlərin kəsişməsində yerləşən ölkəmiz tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır.

Sonra "Garland İnternational" məsləhətçi şirkətinin eksperti Coi Tobin Ələt Azad İqtisadi Zonasının baş plan konsepsiyasının təqdimatını keçirib.

Təqdimat başa çatdıqdan sonra bəzi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Cebhe.info



Oxunma sayı: 1244