hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Səfərovlar ailəsində nə baş verir? - “Sözümüz bitdi” deyən ataya oğlundan cavab: “Rəzil taleyimi yaşayıram”

Səfərovlar ailəsində nə baş verir? - “Sözümüz bitdi” deyən ataya oğlundan cavab: “Rəzil taleyimi yaşayıram”

Xəbər verildiyi kimi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu  Rüfət Səfərovdan imtina edib. Eldar Sabiroğlu oğluna məktub yazaraq artıq atası olmadığını, hətta cənazəsinə gəlməməyi vəsiyyət edib.

Məsələ ilə bağlı Eldar Sabiroğlu Cebhe.info-ya açıqlamasında məktubda hər şeyə aydınlıq gətirdiyini bildirib. 

“Mən sözümü demişəm və nöqtə qoymuşam. Əlavə nəsə demək istəmirəm.  Sözümüz bitdi”,- deyə Eldar Sabiroğlu əlavə şərh vermək istəməyib. 

Rüfət Səfərov isə atasının həqiqətən də ondan imtina etdiyini təsdiqləyib. Bildirib ki, imtina ilə bağlı səbəbləri iki gün sonra açıqlayacaq: “Rəzil taleyimi yaşayıram. Lütfən gözləyin. İki günə hər şeyi açıqlayacağam. Bəli, imtina edib. Ondan xəbərim yoxdur. Mən isə iki günə sözümü deyəcəyəm”. 

Qeyd edək ki, Rüfət Səfərov Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi olub. O, rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilib. Bu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 10033