hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Səfir səfirlikdən qovuldu

Səfir səfirlikdən qovuldu

Myanmanın Böyük Britaniyadakı səfiri Kyau Zvar Minn səfirlikdən qovulub. Cebhe.info xəbər verir ki, daha sonra səfirin binaya yolu bağlanıb. Səfir myanmalı hərbçilərə görə binaya daxil ola bilmir.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, devrilən səfir gələcək taleyi ilə bağlı qərar verənə qədər ölkədə qala bilər.

"Biz hərbçiləri səfirin binaya daxil olmasını əngəllədiklərinə görə qınayırıq",-deyə XİN-nin açıqlamasında deyilir.

Myanma xalqının müdafiəsinə qalxan səfirin Britaniyada qalması da mümkündür. XİN onun təhlükəsiz həyat şəraiti ilə təmin edilməsinə çalışır.

Xatırladaq ki, səfir Myanmada hərbi çevrilişə qarşı çıxan diplomatlardandır. Bu çıxışından sonra hərbçilərin nəzarətinə keçən dövlət televiziyası onun səfir postundan kənarlaşdırıldığını bildirib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 298