hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

Səfir təyinatı ilə bağlı MÜƏMMA - Nazir təkzib etdi

Səfir təyinatı ilə bağlı MÜƏMMA - Nazir təkzib etdi

Türkiyənin ictimai televiziyası olan TRT-nin rəhbəri İbrahim Erenin səfir təyin olunması ilə bağlı xəbərlər yayılıb. 

Cebhe.info xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlunun qərar verdiyi bildirilir. Məlumata görə, Eren Türkiyəni Qətərdə təmsil edəcək.

Qeyd edək ki, İbrahim Eren Boğaziçi universitetinin siyasət və beynəlxalq əlaqələr fakültəsini bitirib. Öncə mədəniyyət sahəsində çalışan Eren bir müddət sonra mediaya keçib. Öncə ATV kanalında işləyib. 2013-cü ilin iyul ayından TRT-də çalışır. İbrahim Eren evilidir, 3 övladı var.

Lakin xarici işlər naziri Mövlud Çavuşoğlu İbrahim Erenin səfir təyin olunması ilə bağlı xəbəri yalanlayıb. 

İbrahim Eren özü də xəbəri təkzib edib. “Bəzi media orqanlarında səfir təyin olunmağımla bağlı xəbər doğru deyil”, -deyə Eren bildirib.

Aydın
Cebhe.info


Oxunma sayı: 529