hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Səfirlik Seymur və Nigar Həziyə viza verməkdən İMTİNA ETDİ

Səfirlik Seymur və Nigar Həziyə viza verməkdən İMTİNA ETDİ

Almaniyanın Azərbaycandakı səfirliyi Seymur və Nigar Həziyə “Şengen” vizası verməkdən imtina edib.

Cebhe.info xəbər verir ki, bu barədə Seymur Həzi öz “Facebook” səhifəsində  yazıb: “Həmişə belə düşünmüşəm, dünyanın ən yaxşı ölkəsində ikinci dərəcəli "azad"lığa sahib olmaqdansa, mübarizə aparıb birinci dərəcəli dustaq olmaq yaxşıdır. Almaniya səfirliyi Nigara və mənə viza verməkdən imtina etdi. Halbuki səfirin müavininə öncədən yazdım və mənə yazdı ki, bizi konsulluğa tövsiyə ediblər. Bir sözlə, bunlar - Almaniya diplomatları elə bilirlər ki, biz mühacirətə getmək istəyirik - səngərdən qaçan olsaydım, niyə tutulurdum ki. Sadəcə, ayıb”.

Xatırladaq ki, Seymur Həzi bu il avqustun 29-da 5 illik həbsdən sonra azadlığa çıxıb. Cütlük isə bir müddət əvvəl həbsxanada evlənib. 

Cebhe.info


Oxunma sayı: 1981