hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Şəhərin mərkəzində "Range Rover"ə hücum edildi - Ölən və yaralanan var

Şəhərin mərkəzində "Range Rover"ə hücum edildi - Ölən və yaralanan var

Ukraynanın paytaxtı Kiyevin mərkəzində bir avtomobilə açılan atəş nəticəsində 3 yaşlı uşağın dünyasını dəyişdiyi bildirilib. 

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna rəsmilərinin açıqlamalarına görə işıqforun qırmızı işığında dayanan “Range Rover” markalı avtomobilə hücum edilib. Nəticədə 47 yaşlı Kiyev şəhər şurasının üzvü Vyaçeslav Sobolev yaralanıb, arxa oturacaqda əyləşən 3 yaşlı oğlu isə dünyasını dəyişib. Sui-qəsdin Sobolevin ailəsi ilə birlikdə restorandan çıxdıqdan sonra baş verdiyi məlum olub.

Kiyev polisi qətlin yaxınlıqdaki binaların birindən snayper ilə törədildiyini və 2 şübhəlini saxladıqlarını bildirib. 

Cebhe.info


Oxunma sayı: 595