hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Şəhidin adını daşıyan Mədəniyyət evinin acınacaqlı durumu: Laçını işğaldan sonra “unudanlar”- FOTO

Şəhidin adını daşıyan Mədəniyyət evinin acınacaqlı durumu: Laçını işğaldan sonra “unudanlar”- FOTO

Regionlarda olan mədəniyyət evlərinin vəziyyəti acınacaqlıdır.

Cebhe.info xəbər verir ki, bu dəfə Ağcabədi rayonu ərazisində yerləşən “Laçın rayon Mişni kənd Mədəniyyət Evi”nin vəziyyəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Şəhid Ərəstun Kərimovun adını daşıyan Mədəniyyət evinin şəkilləri sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki, işğaldan əvvəl 300 nəfərlik Mişni kənd Mədəniyyət evi və 500 000 kitab fondu olub.

Mişni kənd kitabxanası 1992-ci ilin mayında erməni işğalçıları tərəfindən yandırılıb. Mişni kənd Mədəniyyət evinin və Mişni kənd kitabxanasının faəliyyəti 1992-ci ilin may ayından sonra Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Mişni obasında təmin edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il qərarı ilə Mişni kənd mədəniyyət evinə Ərəstun Əhməd oğlu Kərimovun, Mişni kənd kitabxanasına Habil Yunus oğlu Həsənovun adı verilib. Amma şəkildən də göründüyü kimi, Mişni kənd Mədəniyyət evi hazırda bərbad vəziyyətdədir və əsaslı təmirə ehtiyacı var. 
Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 633