hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Səhiyyə nazirindən xəbərdarlıq: ““BioNTech” peyvəndləri 6 saat ərzində istifadə olunmalıdır"

Səhiyyə nazirindən xəbərdarlıq: ““BioNTech” peyvəndləri 6 saat ərzində istifadə olunmalıdır"

“Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunan “BioNTech” peyvəndinin flakonunda 6 doza peyvənd mövcudur. Flakon açıldıqdan sonra 6 saat ərzində istifadə edilməlidir”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabında paylaşım edib:

"Hər bir “BioNTech” peyvənd flakonunda 6 nəfər üçün 6 doza peyvənd var. Şüşə açıldıqdan və yenidən qurulduqdan sonra bu 6 doza peyvənd 6 saat ərzində istifadə olunmalıdır. 6 saat ərzində istifadə olunmayan dozalar sonradan istifadə edilə bilməz, israfçılıqdır. Peyvənd qiymətlidir, əldə edilməsi asan deyil. Qeydiyyatınızı qaçırmayın”.

Nigar
Cebhe.info


Oxunma sayı: 804