hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Şəhriyar Məmmədyarov: "Qələbə istəyirsənsə, vaxtında heç-heçə etməyi bacarmalısan"

Şəhriyar Məmmədyarov: "Qələbə istəyirsənsə, vaxtında heç-heçə etməyi bacarmalısan"

"İlk partiyada qələbə qazandıqdan sonra ikinci görüşdə ağ fiqurlarla sürətli heç-heçə etdim. Strateji baxımdan bu nəticə son dərəcə vacib idi".

Bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlməsi barədə danışarkən deyib.

36 yaşlı qrossmeyster bildirib ki, ilk qarşılaşma heç də sonrakılardan asan keçməyib: "Kifayət qədər həyəcanlı alındı. Qara fiqurlarla qələbədən sonra, nə qədər çətin olsa da, "ağ"larla heç-heçə etməyə çalışdım. Düzdür, ağ fiqurlarla oynayanda qalib gəlməyə can atırsan. Amma matçı qazanmaq istəyirsənsə, vaxtında heç-heçə etməyi bacarmalısan. Aronyanla qarşılaşma çox maraqlı keçdi".

Çempionlar Turundakı çıxışını dəyərləndirən Məmmədyarov onlayn şahmatın özü üçün qəribə olduğunu söyləyib: "Son bir neçə gündə turnirdə 19-a yaxın oyun keçirmişəm. Bu, mənim üçün onlayn şahmatda rekorddur. Qısa müddətdə bu qədər sürətli görüş oynamamışam. Lakin rapid üzrə dünya çempionluğunu qaanmağım kifayət qədər yaxşı oynadığımı göstərir"/Report.

Cebhe.info


Oxunma sayı: 595