hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Şəkidə gənc oğlan sevdiyi qıza görə özünü öldürdü

Şəkidə gənc oğlan sevdiyi qıza görə özünü öldürdü

Mayın 17-də Şəki rayonu, Orta Zəyzid kəndində 19 yaşlı Orxan Abduləliyevin intiharının bəzi təfərrüatları məlum olub.

Reyting.az-ın əldə etdiyi məlumata görə, kənddəki çayxanalardan birində işləyən Orxan axşam evə atası ilə birlikdə gəlib.

Atası evə qalxandan bir müddət sonra oğlunun gəlməməsinə görə narahat olub və həyətə çıxanda Orxanı ağacdan asılı vəziyyətə görüb.

Məlumata görə, 19 yaşlı gəncin cibindən intihardan yazdığı məktub tapılıb. Onun “Məni bağışlayın” yazdığı bildirilir.

Mobil telefonundakı yazışmalardan sonra isə Orxanın sevdiyi qızın başqasına nişanlanmasına görə həyatına qəsd etdiyi ortaya çıxıb.

Cebhe.info


Oxunma sayı: 1629