hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Şəkidə ictimai məkanda koronavirus xəstəsi aşkarlandı

Şəkidə ictimai məkanda koronavirus xəstəsi aşkarlandı

Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, vətəndaş Tahir Mustafayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

Polis əməkdaşları həmin şəxslə izahedici söhbətlər aparıb və onu yaşadığı ünvana geri qaytarıblar.

T.Mustafayev barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 430