hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Şəklini çəkən autizmli uşağı hər kəsin gözü qarşısında döydü

Şəklini çəkən autizmli uşağı hər kəsin gözü qarşısında döydü

Antalyada etirazlara səbəb olan hadisə baş verib.

Cebhe.info xəbər verir ki, karqo işçisi autizmli bir uşağı döyüb.

Belə ki, autizmdən əziyyət çəkən Kuzey Kaan Saka adlı uşaq evlərinin qarşısında oynayarkən, qarşı binaya bağlama gətirən karqo şirkətinin işçisinin mobil telefonla şəklini çəkib.

Bundan əsəbləşən işçi uşağı itələyib, daha sonra isə sillə vurub.

Hadisəni görən qonşular tez köməyə gəliblər, bu zaman isə karqo şirkətinin əməkdaşı tez hadisə yerindən uzaqlaşıb. Valideynləri xəbər tutduqdan sonra binanın girişində yerləşən kameralardan hadisənin necə baş verdiyini izləyiblər. Daha sonra isə polisə müraciət ediblər.

Atası Hakan Sakanın sözlərinə görə, oğlu həmişə həyətdə şəkil çəkməyi sevir:

Mən işdə idim. Qonşular zəng elədi ki, bir karqo əməkdaşı oğlunu döyürdü, əlindən güclə aldıq. Oğlum həyətdə olanda binaların ətrafda gördüklərinin şəklini çəkir. Səbəbini tam bilmirəm, amma həmin gün necə olubsa, həmin adamın şəklini çəkib. O, yaxınlaşıb oğluma qışqıraraq tez onun fotosunu silməsini tapşırıb, daha sonra isə onu döyməyə çalışıb. Mənim oğlum özünü müdafiə etməyi bacarmır. Gecə də hadisə səbəbindən yatmayıb. Xüsusi məktəbdə oxuyur, özəl təhsil alır. Onu cəmiyyətə qazandırmaq üçün çox çalışırıq. Lakin ona bu cür yanaşma olanda bütün əməyimizin boşa getdiyini düşünürük. Loqoları, rəsmi çox sevir. Yəqin ki, o gün də marağın çəkdiyi üçün belə edib”.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 584

Bizim Telegram səhifəmizi izləyin