hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Seksual zorakılığa məruz qalan şagırd sığınacaqdadır: "Dərslərinə burada davam edəcək"-AÇIQLAMA

Seksual zorakılığa məruz qalan şagırd sığınacaqdadır: "Dərslərinə burada davam edəcək"-AÇIQLAMA

Bir müddət əvvəl sosial şəbəkədə Neftçala rayonunda 9-cu sinif şagirdinə qarşı seksual xarakterli zorakılığın baş verməsinə dair məlumat yayılmış və bu məlumat sosial şəbəkə izləyicilərinin geniş müzakirəsinə səbəb olub..

Ailə,Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanıda İctimai Şura üzvləri yayılan məlumatla bağlı müzakirələr aparıb və baş vermiş hadisənin tədqiq olunması prosesində iştirak etmişdir. Qeyd edirik ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradova yayılan məlumata operativ reaksiya vermiş və Komitə Daxili İşlər Nazirliyi ilə müzakirələr aparmış, faktla bağlı vəziyyəti dəqiqləşdirib.

Cebhe.info xəbər verir ki, bu barədə İctimai Şuranın açıqlamasında bildirilir.

Komitə əməkdaşları dərhal Neftçala rayon İcra Hakimiyyətinə müraciət edərək, ətraflı məlumatları alaraq, lazımı tədbirlərə başlayıb. 04.04.2021-ci il tarixdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi faktla bağlı ictimaiyyətə açıqlama verib.

05.04.2021 -ci il tarixində Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları vəziyyətin ümimi qiymətləndirilməsi ilə bağlı Neftçala rayonuna səfər edib. 06.04.2021-ci il tarixdə isə Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ruhəngiz Əliyeva və mərkəzin sosial iş üzrə mütəxəssisi Şamama Əbilova Neftçalaya səfər edib, zərərçəkmişin psixoloji vəziyyətinin qiymətləndirilməsini aparıb.

06.04.2021 ci il tarixdə Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komisiyanın rəsmi yönləndirmə məkubu əsasında Komissiyanın məsul əməkdaşı və rayon polis əməkdaşının müşaiyəti ilə zərərçəkmiş azyaşılı “Təmiz Dünya” Qadınlara Yardım İctiami Birliyinin nəzdində fəaliyyət göstərən Qadın və Uşaq sığınacağına yerləşdirilib.

Hazırda uşağın vəziyyəti yaxşıdır. Sığınacaq şəraitinə uyğunlaşıb. Sığınacağın psixoloqu yetkinlik yaşına çatmayanla fərdi konsultasiyalar aparır. Bununla yanaşı, Komitənin YYÇİHMK-ya müraciət əsasında uşaq təhsilini davam etdirmək üçün onlayn dərslərinə də davam edəcəkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və digər əməkdaşları uşağın sığınacaqdakı vəziyyəti ilə bağlı mütamadi olaraq maraqlanır və Komitə sədrinə məlumat verir. Bununla yanaşı AQUPDK İctimai Şura olaraq baş verənləri diqqətdə saxlayır və bundan sonrakı proseslərin gedişatına nəzarət ediləcək.

"İctimai Şura olaraq baş verənlərin ciddi şəkildə araşdırlmasını izləməklə yanaşı həddi-büluğa çatmayan şəxs barədə baş verənlərin Kütləvi-İnformasiya Vasitələrində mütamadi işıqlandırlmasından və bu zaman uşağın ümdə mənafelərinə zərər vurulmasından narahatlığımızı ifadə edirik.

İctimai Şura olaraq bu cür hallara həssas yanaşaraq gələcəyimiz olan uşaqların mənəvi və fiziki sağlam böyüməsi naminə uşaqlara dair məlumatların yayımında icitmaiyyəti daha məsuliyyətli yanaşmağa səsləyirik",- deyə açıqlamada bildirilir.


Oxunma sayı: 837