hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Selcan Yağmur atası Fuad Qəhrəmanlının istefasından  yazdı: “Bu, mənim şəxsi intiqamım deyildi”

Selcan Yağmur atası Fuad Qəhrəmanlının istefasından  yazdı: “Bu, mənim şəxsi intiqamım deyildi”

“Bu, mənim şəxsi intiqamım deyildi. Əgər şəxsi intiqamım olsaydı, tamam başqa müstəvidə hərəkət edərdim. Mən başdan dediyimin arxasındayam ki, bu olay cəmiyyətin problemi idi və mənim üçün inanılmaz dərəcədə çətin olsa da, şəxsi duyğularımı bu məsələdən tamamən uzaq tutmağa çalışdım. Mənim yaxınımdakı insanlar, telefonla danışdıqlarım, mənim nə vəziyyətdə olduğumu gördülər və mən bu məsələdə özümlə qürur duya bilərəm ki, demək üçün ürəyim partlayan heç bir sözü demədim. Duyğularımı işin içinə qatmadım. Kaş qarşı tərəf də eyni şeyi edəydi. Məni mental xəstə, yalançı, histerik çıxartmağa çalışmaq yerinə olğun davrana biləydi... Hələ də ortada çox yalanlar var. Bütün bunların məhz gündəlik həyatımızın parçası yox, 4-5 ilin söhbəti olduğunu iddia etmək kimi çirkin yalanlar. Amma nəysə”.

Cebhe.info xəbər verir ki, bunu Selcan Yağmur atası Fuad Qəhrəmanlının  Əli Kərimlinin müavinliyindən istefası ilə nəticələnən olaya münasibət bildirərkən deyib. 

“İndi çoxunuz mənə "təbriklər" yazırsınız. Mən isə bu təbrikləri bu müstəvidə qəbul edirəm - biz hamımız birlikdə, Azərbaycandakı tabulara böyük bir zərbə vurduq. Göstərdik ki, "ailə daxili" şiddət olmur, şiddət cəmiyyətin problemidir. Qurban və zorba arasında, şəxsi problem deyə bir anlayış yoxdur. Zorba, hər kəsin qarşısında cavab verir. Ümid edirəm ki, bu məsələ, bir sıra insanlara dərs, digərlərinə ilham oldu. Susmaq, boyun əymək zorunda deyilsiniz, "atandır", "anandır", "ərindir", "qardaşındır" kimi ifadələr yalnızca sizi manipulyasiya etmək üçündür. Zorakılıq, hər kim tərəfindən olunursa olunsun, yanlış bir şeydir. Özünüzü sevin, sonra da digərlərini çox sevin. Güclü olun və gücünüzü digərlərinin həyatdaki şansı olmaq üçün istifadə edin. 

Çox ağır bir dönəm oldu mənim üçün bu iki gün. Sizin dəstəyiniz olmadan, ayaqda qala bilməzdim. Hər kəsə təşəkkür edirəm.

Beləcə, bunlar mövzu ilə bağlı son sözlərim olsun”.

Cebhe.info


Oxunma sayı: 10726