t Senat Trampa qarşı ittihamları qəbul etdi
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Senat Trampa qarşı ittihamları qəbul etdi

Senat Trampa qarşı ittihamları qəbul etdi

ABŞ Prezidenti Donald Trampa qarşı ittiham qaydasında irəli sürülmüş maddələr səsverməyə çıxarılmaq üçün Senata təhvil verilib. 

Cebhe.info-nun məlumatına görə, bu Nümayəndələr Palatası tərəfindən D.Trampa impiçment elan edilməsindən bir ay sonra mümkün olub. Lakin rəsmi ittihamları təsdiqləmək qərarı isə dövlət başçısının hakimiyyətdən uzaqlaşdırılması demək deyil. Senat bu barədə qərar qəbul etməlidir. Yanvarın 14-də keçirilmiş səsvermənin nəticələri gözlənilməz olmayıb. 

İttihamın Konqresin yuxarı palatasında baxılmasına Minnesota ştatının nümayəndəsi Kollin Piterson istisna olmaqla bütün demokratlar səs verib. Nümayəndələr Palatasındakı bütün respublikaçılar istisnasız olaraq həmin sənədin əlyhinə çıxıb. Ümumi göstəriciyə görə 228 konqresmen lehinə, 193 nəfər isə əleyhinə səs verib. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 639