hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Senatda səsvermə olacaq - Trampın təkrar seçkilərə qatıla bilməməsi üçün

Senatda səsvermə olacaq - Trampın təkrar seçkilərə qatıla bilməməsi üçün

ABŞ Konqresinin Senatı hazırkı prezident Donald Trampın impiçmentinin yuxarı palata tərəfindən də təsdiqlənəcəyi təqdirdə onun hər hansı dövlət vəzifəsində çalışmasının qadağan edilməsi üçün səsvermə keçirəcək.

APA TASS-a istinadən xəbər verir ki, bunu Co Baydenin andiçmə mərasimindən sonra Senatda Demokrat çoxluğun rəhbəri olacaq Çak Şumerin yazılı açıqlamasında qeyd olunub.

“ABŞ Senatında impiçment prosesi keçiriləcək, prezidentin ağır cinayətlərdə və əməllərdə mühakimə olunmasına səs veriləcək. Prezidentin günahkar olduğu sübuta yetirilərsə, onun dövlət başçısı postuna namizədliyini yenidən irəli sürmək imkanından məhrum edilməsi üçün səs veriləcək” – deyə Şumer bildirib.

Cebhe.info


Oxunma sayı: 705

Bizim Telegram səhifəmizi izləyin