hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

"Şengen" bərpa olunur: Ölkələr sərhədləri açır: QƏRAR TƏSDİQLƏNDİ

"Şengen" bərpa olunur: Ölkələr sərhədləri açır: QƏRAR TƏSDİQLƏNDİ

Avropa Parlamenti “COVID pasportları”nın tətbiqi barədə qərara səs verib.

Cebhe.info xəbər verir ki, Avropa Birliyi üçün yeganə məsələ virusa qarşı peyvənd olunmaqdır. COVID sertifikatları təkcə kağız formasında yox, həm də rəqəmsal olacaq.

Serfikat sahiblərinin QR kodunu sərhədçilərə göstərməsi kifayətdir.

Strasburq və Brüsseldə belə hesab edirlər ki, qərar ölkələr arasında sərhədləri açmağa kömək edəcək. Həmçinin bu sənədin üçüncü ölkə vətəndaşlarına tətbiqi də nəzərdə tutulur.

Sənəd məcburi olmayacaq, onu almaq könüllü xarakter daşıyır. Jurnalistlər COVID sertifikatını “Şengenin bərpasının simvolu" adlandırır.

Bu sənədə sahib olanlara 1 iyuldan etibarən güzəştlər tətbiq ediləcək. Onlar əlavə testlər verməyəcək, həmçinin getdikləri ölkələrdə karantində qalmayacaqlar.

Xəzər

Cebhe.info


Oxunma sayı: 3444