hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

SEPAH-ın silah anbarını İsrail partladıb?

SEPAH-ın silah anbarını İsrail partladıb?

İranın SEPAH təşkilatının Təbrizdəki silah-sursat anbarında baş verən bir neçə güclü partlayışla bağlı ziddiyyətli xəbərlər yayılmaqdadır.
Qeyd edək ki, sosial şəbəkələrdə iyulun 30-u axşam saatlarında Təbrizin Mənzəriyyə məntəqəsində yerləşən Aşura SEPAH-ının silah anbarında bir neçə partlayışın baş verməsi barədə xəbərlər yayılmağa başlayıb.


GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, SEPAH kazarmasının İsrail tərəfindən partladıldığmna dair məlumatlar yayılıb. Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əliyar Rastqu bu barədə yayılan məlumatları təkzib edib.

Əliyar Rastqu deyib ki, Təbrizdə partlayışın baş verməsi ilə bağlı yayılan xəbərlər “şayiə”dən başqa bir şey deyil.

“Dünən gecə eşidilən səslər Təbrizin müxtəlif məhəllələrində Qurban bayramı münasibəti ilə həyata keçirilən atəşfəşanlıqla bağlı idi. Bununla da şəhərdə hər hansı partlayış baş verməsi ilə əlaqədar yayılan xəbərlər təkzib edilir” –deyə, Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əli Rastqu bəyan edib.

Əliyar Rastqu partlayışla bağlı yayılan xəbərləri təkzib etməsə də, Güney Azərbaycanın sosial şəbəkələrində, eləcə də “Telegram”da yayılan məlumatlarda bildirilir ki, iyulun 31-i sübh saatlarından başlayaraq, Təbrizin bütün giriş və çıxış yolları SEPAH, polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüb.

Yayılan məlumatda bildirilir ki, silahlı olan həmin qüvvələr Təbrizin çıxış məntəqələrində avtomobilləri saxlayır, yoxlama aparır, sürücülərdən və sərnişinlərindən kimlik və şəxsiyyəti təsdiq edən sənəd tələb edirlər.

Xatırladaq ki, son aylarda İranın bir sıra hərbi və nüvə mərkəzlərində şübhəli partlayışlar baş verib. Bir sıra analitiklər isə, həmin mərkəzlərin İsrailin hücumuna məruz qaldığını və İsraillə İran arasında gizli savaş getdiyini bildirirlər.

Aydın
Cebhe.info


Oxunma sayı: 1970