hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Separatçıların “müdafiə naziri” cəhənnəmə yola salınıb, digərləri də payını alacaq” - Hikmət Hacıyev

"Separatçıların “müdafiə naziri” cəhənnəmə yola salınıb, digərləri də payını alacaq” - Hikmət Hacıyev

“Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında Xocalı soyqrımını törədənlərin cavabını verir”.

Cebhe.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, artıq qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb: “Digərləri də öz payını alacaqlar. Bütün cəbhə xətti boyunca Azərbaycan düşmənin layiqli cavabını verir, cinayətlərin törədilməsi barədə əmr verən düşmənin hərbi komandirləri bir-bir məhv edilir”.

H. Hacıyev deyib ki, torpaqlarımız işğaldan azad edilir: “Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Qardaş Türkiyənin dəstəyi Azərbaycanın haqq işini gücləndirir. Hazırda eşitdiyiniz kimi, düşmən yenə artilleriyadan atəş açır, amma biz qorxmuruq, qorxmayacağıq”.

Cebhe.info


Oxunma sayı: 2597

Bizim Telegram səhifəmizi izləyin