hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Sərdar Cəlaloğlu: “Əgər Fransa bizə müharibə elan edirsə...”

Sərdar Cəlaloğlu: “Əgər Fransa bizə müharibə elan edirsə...”

Fransa Senatı Dağlıq Qarabağdakı qondarma rejimin tanınması məsələsini müzakirəyə çıxarmağa hazırlaşır.

Artıq bir sıra Fransa şəhərləri, bölgələri və bələdiyyələri tərəfindən Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin tanınmasına dair qərar qəbul edilib. Halbuki, bu separatçı rejimi onlardan başqa heç bir dövlət və ya nüfuzlu təşkilat tanımayıb.

Hətta Ermənistanın özü belə bu qondarma rejimi tanımaqdan imtina edib.

Çünki bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir və bu, beynəlxalq hüquqla da təsbit olunub. Fransanın bu yanlış mövqeyi tutması nə ilə əlaqəlidir?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında deyib ki, Fransanın atdığı bu yanlış addım Azərbaycana və Türkiyəyə qarşı şantajdır:

“Beynəlxalq hüquqa əsasən, ancaq dövlətlərin bir-birini tanıması mümkündür. Fransanın hər hansı bir şəhərinin Azərbaycanın hansısa şəhərini və ya bölgəsini müstəqil dövlət kimi tanıması beynəlxalq hüquqa ziddir və avantüradan başqa bir şey deyil. O ki qaldı Fransa dövlətinin Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyini tanımasına, bu, faktiki olaraq Azərbaycanın daxili işlərinə qarışmaqdır. Çünki ora Azərbaycan ərazisidir və faktiki olaraq Azərbaycan öz xoşu ilə ora müstəqillik verməyib. Bu, Fransanın Azərbaycanı parçalamaq və bizə qarşı açıq şəkildə müharibə etmək anlamına gəlir. O baxımdan, əgər Fransa bu addımı atarsa, Azərbaycanla müharibə vəziyyətinə keçəcək. Öz müqəddəratını təyinetmə hüququ o xalqlara aid edilir ki, onların haqları tapdanır və nəzərə alınmır. Lakin Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərə də digər milli azlıqların nümayəndələrinə tanıdığı hüququ şamil edib. Bu baxımdan, ermənilərin hansısa artıq bir status almağa mənəvi haqqı yoxdur. Fransanın atdığı bu yanlış addım Azərbaycana və Türkiyəyə qarşı şantajdır”.

Partiya sədri bildirib ki, Fransa anti-islam və anti-türk mövqeyi nümayiş etdirən dövlətdir:

“Fransa zamanında da müsəlman ölkələrində genosid həyata keçirdi. İndi də Türkiyə ilə bir çox bölgələrdə ciddi münaqişələri var. Bu, Liviyada, Aralıq dənizi hövzəsində də açıq şəkildə görünür. Əslinə baxanda, Fransanın bu mövqeyi Türk və müsəlman düşmənliyindən qaynaqlanır. Fransanın atacağı addım heç nəyi dəyişməyəcək, amma dövlətlərarası münasibətlərə çox ciddi ziyan vuracaq.”

Partiya sədri hesab edir ki, Fransa bu addımı atarsa, Azərbaycan o ölkədəki səfirini geri çağırmalı və Fransanın ölkəmizdəki Səfirliyini Konsulluq səviyyəsinı endirməlidir:

Əgər Fransa bu addımı atarsa, Azərbaycan səfirini geri çağırmalıdır. Ölkəmizdəki Fransa Səfirliyinin fəaliyyətini Konsulluq səviyyəsinə endirməli və iqtisadi əlaqələrə yenidən baxmalıdır. Çünki Fransanın Azərbaycanda çox böyük iqtisadi maraqları var. Fransa bizə müharibə elan edirsə, biz də müharibə qanunlarına uyğun mövqe sərgiləməliyik. Başqa yolumuz yoxdur”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 2388

Bizim Telegram səhifəmizi izləyin