hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Sergey Lavrov: “Bizim supergüc ambisiyalarımız yoxdur”

Sergey Lavrov: “Bizim supergüc ambisiyalarımız yoxdur”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Rusiya dövlətinin gündəmini bütün planetə yaymaq istəyi olmadığını söyləyib.

Cebhe.info xəbər verir ki, Xarici İşlər Nazirliyi rəhbərinin Rusiyanın supergüc ambisiyalarının olmaması ilə bağlı sözləri barədə “RİA Novosti" məlumat yayıb.

Sözügedən mövzu barədə Lavrov "Primakov qiraəti" tədbirində çıxış edərkən danışıb.

"Bizim supergüc ambisiyalarımız yoxdur. Bizim dövlətimizin gündəliyini planetə yaymaq həvəsimiz belə yoxdur, amma Qərb həmkarlarımız bunu edirlər, qiymətli demokratik gündəmlərini bütün planetə yaymaq istəyirlər", - deyə Lavrov bildirib.

XİN rəhbəri daha sonra qeyd edib ki, dünya Rusiyanın İkinci Dünya Müharibəsindəki qələbəsini qəbul etmək istəmir.

"Bizim İkinci Dünya Müharibəsində əldə etdiyimiz qələbəmizə şübhə ilə baxanlara etiraz edəcəyik və Rusiya "tarixin təbii axarını geri çevirmək istəyənlərlə birlikdə oynamayacaq", - deyə o vurğulayıb.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 408