hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Sərhəddə Rusiya təhlükəsi: Nazir təcili Kiyevə getdi

Sərhəddə Rusiya təhlükəsi: Nazir təcili Kiyevə getdi

Polşanın Xarici İşlər naziri Zbiqnev Rau bu gün Ukraynaya təcili səfər edib.

Cebhe.info xəbər verir ki, məlumatı Polşa XİN yayıb.

Bildirilib ki, səfər Ukrayna ilə sərhəddə sülhə təhlükə ilə bağlıdır.

Nazir Ukrayna paytaxtında sərhəddəki vəziyyəti müzakirə edəcək.

Xatırladaq ki, Polşanın narahatlığına səbəb Rusiyanın sərhəddə hərbi hərəkətliliyi olub. Rəsmi Moskva bunu təlimlərlə izah edib və "Bu vəziyyət digər ölkələri təhdid etmir" açıqlamasını verib.

Ancaq Polşa, Britaniya, Litva, Kanada və ABŞ vəziyyətdən narahatlıq ifadə edən çıxışlara imza ataraq Rusiyanın sərhəd rayonlarında hərbi aktivliyinə görə əlavə izah tələb ediblər. ABŞ Prezidenti Co Bayden Ukraynaya kömək vəd edib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 298