hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Serj Sarkisyanın qardaşı oğlu həbs edildi 

Serj Sarkisyanın qardaşı oğlu həbs edildi 

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidmətinin rəhbəri Naira Arutunyan məlumat verib.

"Şimal-Cənub avtomobil yolunun tikintisi layihəsinin hazırlanması və icrası zamanı sui-istifadə faktları ilə bağlı araşdırma aparılır. İstintaq davam edir"-, deyə Arutunyan əlavə edib.

Bildirilir ki, Levon Sarkisyan "Şimal-Cənub" yolunun tikintisi zamanı qanun pozuntularında ittiham olunur. O, axtarışa verilib. Bəzi məlumatlara görə, L. Sarkisyan hazırda Livandadır.

Qeyd edilir ki, Levon Sarkisyan ilk dəfə 2018-ci ilin iyulunda ona qarşı qaldırılmış başqa bir iddia ilə axtarışa verilib. L. Sarkisyana qarşı qanunsuz yolla varlanmaq və gəlirləri gizlətmək ittihamı irəli sürülüb.

Cebhe.info


Oxunma sayı: 771