hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Sərnişin qatarlarının hərəkət cədvəli yenilənəcək

Sərnişin qatarlarının hərəkət cədvəli yenilənəcək

Dekabrın 8-dən etibarən beynəlxalq, ölkədaxili sərnişin və elektrik qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək. Bununla əlaqədar sərnişin qatarlarının hərəkət cədvəllərində dəyişiklik olunub.

Cebhe.info xəbər verir ki, yeni hərəkət cədvəlində Rusiya Dəmir Yollarına məxsus olan 392/391 nömrəli Rostov-Bakı-Rostov sərnişin qatarının tərkibində əlavə olaraq, Novorossiysk-Bakı-Novorossiysk və Mahaçqala-Bakı-Mahaçqala qoşma vaqonları hərəkət edəcək.

Sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar olaraq, yeni hərəkət cədvəlində Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarının və  ölkədaxili sürət və sərnişin qatarlarının hərəkət cədvəlləri dəyişdirilib. Maksimal hərəkət sürətlərinin artırılması səbəbindən  Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən beynəlxalq sürət qatarının yolda olma müddəti 55 dəqiqə, Bakı-Böyük Kəsik-Bakı marşrutu ilə hərəkət edən ölkədaxili sərnişin qatarlarının yolda olma müddəti isə 50 dəqiqə azalıb. Belə ki, Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən 38/37 nömrəli beynəlxalq sürət qatarı Bakıdan saat 23:15-də (20:40 əvəzində) yola düşəcək, 10:35-də (8:55 əvəzində) Tbilisiyə çatacaq. Tbilisidən saat 20:35-də yola düşən qatar isə  saat 7:30-da (8:52 əvəzində) Bakıda olacaq. Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə sərhəd-nəzarət məntəqəsində yoxlanılmanın erkən saatlarda aparılmaması da yeni hərəkət qrafikində nəzərə alınıb.

Bakı-Böyük Kəsik-Bakı marşrutu ilə hərəkət edən 666/665 nömrəli sərnişin qatarı yeni cədvəldə 66/65 nömrəsi ilə sürət qatarı kimi hərəkət edəcək. Qatar Bakıdan saat 23:55-də (23-00 əvəzində) yola düşəcək. Saat 8:55-də (8-50 əvəzində) Böyük Kəsik stansiyasına çatacaq.Saat  21:40-da (20-20 əvəzində)  Böyük Kəsik stansiyasından yola düşəcək qatar saat 6:25-də (6-30 əvəzində) Bakıda olacaq.

Cebhe.info


Oxunma sayı: 2025