hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Sərnişinlərin xidmətinə daha 2 yeni qatar xəttə buraxıldı

Sərnişinlərin xidmətinə daha 2 yeni qatar xəttə buraxıldı

Bu gün "Bakı Metropoliteni" QSC 4 yeni qatarın 2-ni xəttə buraxacaq.

Bu barədə Cebhe.info-ya açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, həmin qatarlar "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edəcək. Qurum rəsmisi deyib ki, digər iki qatarın da xəttə buraxılması üçün sazlanma işləri gedir və təxminən iyulun əvvəllərində o qatarlar da sərnişinlərin istifadəsinə veriləcək".

Ötən ilin oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb.

Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 vaqon və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1024