hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Şərqi Asiya ölkəsində COVID-19-un yeni ştammı aşkarlandı

Şərqi Asiya ölkəsində COVID-19-un yeni ştammı aşkarlandı

Filippinli həkimlər ölkə ərazisində koronavirusun Britaniaya ştammının aşkarlandığını təsdiqləyiblər.

Cebhe.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Filippin sərhədlərində biomonitorinq və nəzarəti gücləndirdikdən sonra ölkədə B1.1.7 SARS-CoV-2 (koronavirusun Britaniya ştammının rəsmi formulu belədir - red.) aşkarlandığını rəsmən təsdiqləyirik”, - nazirliyin açıqlamasında deyilir.

Virusun yeni mutasiyası yanvarın 7-də BƏƏ-dən gələn Filippin vətəndaşında aşkar edilib. Ölkəyə gəldikdən sonra sərnişin karantinə alınmışdı. COVID-19 testinin müsbət nəticələnməsindən sonra analizin cavabları əlavə təhlillər üçün istifadə edilib. Nəticədə Britaniya ştammına yoluxma olduğu müəyyənləşdirilib.

Ümumilikdə, Filippində indiyə qədər 492 700 COVID-19 hadisəsi aşkar edilib, 458 523 nəfər sağaldı, 9 699 xəstə ölüb. Ölüm nisbət 1,97% təşkil edib. Koronavirusla bağlı testlərinin sayı 7 131 959-a çatıb.

Cebhe.info


Oxunma sayı: 562

Bizim Telegram səhifəmizi izləyin