hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Şərqi Azərbaycanda daha bir zəlzələ

Şərqi Azərbaycanda daha bir zəlzələ

İranın Şərqi Azərbaycan əyalətindəki Miyanə kəndinə bağlı Türkmənçay bölgəsində 4,8 bal gücündə zəlzələ olub.

Virtualaz.org bildirir ki, bu barədə Tehran Universiteti Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 05:43-də yerin 8 km dərinliyində baş verib.

Qeyd edək ki, həmin ərazidə noyabrın 8-də də 5,9 bal gücündə zəlzələ olmuşdu. Bu zəlzələdə ən azı 6 nəfər həlak olmuş, 300 nəfər xəsarət almışdı.

Cebhe.info


Oxunma sayı: 969