hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Sərt karantin bu ölkənin “Avroviziya”ya gedişinə mane olur

Sərt karantin bu ölkənin “Avroviziya”ya gedişinə mane olur

“Avroviziya” Mahnı Müsabiqəsinin bütün iştirakçılarının gələn ay Rotterdamda olub-olmayacağı hələ məlum deyil.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yarışmanın icraçı prodüseri Sietse Bakker məlumat verib.

O, plana əsasən bütün nümayəndə heyətlərinin Rotterdama gələcəyini düşünsə də, bunun bəzi iştirakçılar üçün çətin olacağını qeyd edib.

İcraçı prodüser bildirib ki, Avstraliyanın iştirakı hələ də qeyri-müəyyəndir: “Avstraliyada vəziyyət yaxşı deyil, olduqca sərt səyahət məhdudiyyətləri var. Tezliklə daha yaxşı məlumat eşitməyimizə ümid edirik. Hər şey Avropa İttifaqı daxilindəki ölkələr üçün çox asandır”.

Qeyd edək Ki, Rotterdamda “Ahoy” konsert zalında hazırlıqlar başlayıb və şəhər ilk dəfə böyük səhnəyə şahidlik edəcək. Belə ki, səhnənin genişliyi 52 metr olacaq.

İlk məşqlərin mayın 8-də başlayacağı gözlənilir. Müsabiqə 18, 22 və 24 may tarixlərində reallaşacaq.

Cebhe.info


Oxunma sayı: 419